Hərbçi nişanlısını öldürən qıza 18 il həbs cəzası istənildi — FOTOLAR

REGİON 10 iyn 2022, 19:12
Türkiyədə dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, İstanbulda 26 yaşlı gizir Zeynel Yıldırım nişanlısı Gizem Ərdoğan tərəfindən güllələnərək öldürülüb.

Gizir bir müddətdir ki, nişanlısının evində qalırdı. Lakin son zamanlar onlar arasında söz-söhbət çoxalmağa başlayıb və narazılıq artıb.

Məlum olmayan səbəbə görə, gənc qız evinə gələn hərbçiyə onun öz tapançası ilə atəş açaraq öldürüb.

Məhkəmə zamanı prokuror Gizem Ərdoğana 18 il həbs cəzası istəyib.

Qatilin vəkili ilə müdafiə üçün hakimdən vaxt istəyib və hakim bunu qəbul edib.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top