Şəkidə avtobusun aşması ilə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 05 iyn 2022, 19:13
Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-dən Demokrat.az-a verilən xəbərə görə, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb.

Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top