Səidə Dadaşova “Tik-Tok” səhifəsini 500 manata satır

ŞOU-BİZNES 23 may 2022, 17:49
Görkəmli sənətkar, xalq artisti Rəfael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova “Tik-Tok” səhifəsini satışa çıxarıb. 

Bu barədə müğənninin özü Demokrat.az-a məlumat verib:  

“Səhifəmi satıram. 22,9 min izləyicim var. Maddi ehtiyaca görə satmıram. Sadəcə, canlı yayım etmirəm. Aktivlik üçün gərək tez-tez paylaşım edəsən, canlı yayım açasan. Mən də girmirəm səhifəyə. Mənim instagram səhifəm var, bu, mənə yetərlidir. “Tik-Tok”a marağım yoxdur. Amma elə insanlar var ki, canlı yayım etmək üçün müəyyən bir kütləyə sahib olmaq istəyirlər və ya hansısa iş, online satış məqsədilə izləyicisi çox olan səhifə istəyirlər. 500-600 manata satıram.

Satmağımın heç bir xüsusi səbəbi yoxdur. Səhifədə də problem yoxdur, spamda deyil. Sadəcə, fəal deyiləm orda, yəni özüm istəmirəm fəal olmaq, canlı açmıram, 22,9 min insan da iki aya toplanıb. Bu, çox yaxşı göstəricidir. İstəyən olsa, əlaqə saxlasınlar səhifə ilə”.

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top