Milli Məclis Aparatında kadr təyinatları oldu

DAXİLİ SİYASƏT 21 may 2022, 16:57
Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.

Demokrat.az xəbər verir ki, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov isə Milli Məclis Aparat rəhbərinin müavini təyin olunub.

Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova da həmin şöbənin müdiri vəzifəsinə təyinat alıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top