Litva Rusiyadakı səfirini geri çağırdı

GÜNDƏM 12 may 2022, 22:09
Litva Eytvidas Bayarunası Rusiyadakı səfir vəzifəsindən  geri çağırıb.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, müvafiq qətnaməni cümə axşamı Litva hökuməti qəbul edib.

 Bayarunas iyunun 1-dən vəzifəsini yerinə yetirməyi dayandıracaq.

Hökumət həmçinin Litvanın Vilnüsdəki Rusiya səfirliyinin rəhbəri Aleksey İsakov və Klaypedadakı Rusiya Baş Konsulluğunun əməkdaşlarını ölkədən çıxarmaq barədə qərarından sonra Rusiyanın bağladığı Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunu da iyunun 7-dən ləğv etmək niyyətindədir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top