“Al Market”ə fəxri diplom verildi

BİZNES 12 may 2022, 17:30
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində "Azərsun Holdinq" Şirkətlər qrupu "Al Market" MMC-nin kollektivinə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2021-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə fəxri diplom verilib.

Qeyd edək ki, bu gün ölkənin dörd bir bölgəsində fəaliyyət göstərən “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.



Məlik
Demokrat.az
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top