Ustanı “tok” vurub öldürdü

HADİSƏ 30 apr 2022, 08:56
Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsindəki yaşayış evlərinin birində baş verib.

Evin damını təmir edən usta - 1957-ci il təvəllüdlü Xəlilov Tahir ehtiyatsızlıq nəticəsində elektrik naqilinə toxunub. Cərəyan ustanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top