Əhməd Cavada ögey münasibət aradan qalxacaqmı?

ƏDƏBİYYAT 22 apr 2022, 11:45
Azərbaycan Prezidenti himnimizin müəllifi, istiqlal şairimiz Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Nəhayət, bu böyük şəxsiyyətə dövlətin ehtiramının şahidi olduq.

Bilməyənlər üçün xatırladım ki, bu günə qədər Türkiyə Cümhuriyyəti Azərbaycan hökumətindən daha çox bu kişiyə böyük diqqət göstərib.

Demək olar ki, onun əksər əsərləri nazirliklərin sifarişi ilə TRT tərəfindən səhnələşdirilib.

Eyni addımları da Azərbaycan hökumətindən gözləyək.

1) Buta qəsəbəsindən çıxarılmış nəşinin qalıqlarının dövlət mərasimilə torpağa verilməsi;
2) Bakı şəhərində prospektlərdən birinə (misal üçün Mətbuat prospektinə) Əhməd Cavadın adının verilməsi;
3) Bakı və Gəncə şəhərlərində heykəlinin ucaldılması;
4) Seyfəli kəndində ev-muzeyinin yaradılması;
5) Tanınmış yazıçılardan birinə Əhməd Cavad və Şükriyyə xanım haqqında sənədli romanın yazılmasını sifariş etmək;
6) Şeirlərinə bəstələr yazılmasını sifariş etmək;
7) Bədii filmin istehsalını sifariş etmək və s.



Pərviz Həşimli (gununsesi.info)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top