Ukraynada Rusiyanın daha iki yüksək rütbəli hərbçisi öldürüldü

REGİON 29 mar 2022, 08:30
Martın 28-də Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi Ukrayna ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.

Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb.

Qeyd edək ki, Rusiya Ukrayanaya hərbi müdaxilə etdikdən sonra itirdiyi hərbçilərinin sayı 17 mini ötüb. Ötən gün yalnız Donbassda Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin yeddi hücumunu dəf edib. Gün ərzində ukraynalı hərbçilər 12 tank, 10 piyada döyüş maşını və üç texnikanı məhv ediblər.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top