Sabirabadda itkin düşmüş kişinin meyiti tapıldı

HADİSƏ 27 mart 2022, 14:08
Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.

Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top