Ege Hospitalda növbəti uğurlu əməliyyat icra olunub.
Demokrat.az xəbər verir ki, epilepsiya diaqnozu qoyulmuş, dərman müalicəsinə tabe olmayan 20 yaşlı xəstədə tanınmış neyrocərrah həkim Özkan Tehli tərəfindən Ege Hospitalda növbəti uğurlu əməliyyat reallaşıb.
Qeyd edək ki, beyinə müəyyən dozada elektrik cərəyanı göndərən cihaz xəstənin döş qəfəsinin üzərindəki dərinin altına yerləşdirilir. Təqribən 40-45 dəqiqə davam edən bu əməliyyat epilepsiya xəstələrinin ən son müalicə metodudur.