Bu gün hansısa məmurun və iş adamının tamahının ucbatından Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalıb. Belə ki, iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən şirkətin özünün icarəyə götürdüyü binada fəaliyyət göstərən bələdiyyəyə hazırda aylıq icarə haqqının ödənilməsi məhkəmə hakiminin qanuna söykənməyən qərarı ilə dayandırılıb.
Bir qədər əvvələ qayıdaq. Vaxtı ilə Bakı şəhər Statistika idarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər, 2001-ci ildən ikinci mərtəbəsindəki 440 kv.metrlik hissəsində isə Nərimanov bələdiyyəsi yerləşdirilmişdir.
Qeyd edək ki, 1999-cu ilin dekabrında Ulu öndər Heydər Əliyevin Fərmanıyla bələdiyyələrlə fəaliyyət üçün inzibati bina, habelə mülkiyyətə əmlak və torpaq verilməliydi. Təbriz küçəsi 10 ünvanında yerləşən binanın 440 kv.metrlik hissəsi də məhz bu fərmandan irəli gələrək bələdiyyəyə fəaliyyət üçün verilmişdi. Əlavə edək ki, Nərimanov bələdiyyəsi bina da mütəmadi olaraq təmir işlərini aparmaqla, burada məskunlaşan məcburi köçkünləri də daim diqqət mərkəzində saxlamışdır. Bu gün Nərimanov bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb.
Beləliklə, “INTEKS” MMC ilə Nərimanov Bələdiyyəsi arasında ikitərəfli qaydada bağlanılmış 306 saylı, 03 may 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən qanuni əsaslarla uzun müddət ( 20 ilədək müddətdə) bələdiyyənin istifadəsində olmuş 440 kv.m qeyri-yaşayış sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq bələdiyyənin vəsaiti hesabına boşaldılmış, sökülməsinə etiraz edilməməklə, söküntü işlərinin aparılması üçün “INTEKS” MMC-yə təhvil verilmiş və həmin vaxt bina tikinti şirkəti tərəfindən sökülmüşdür.
Qeyd olunan müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilənlərə müvafiq olaraq şirkət üzərinə düşən öhdəlikləri dekabr ayına kimi icra etmişdir. Uzun müddət bələdiyyənin gözlənilən mülkiyyət hüququ ilə istifadəsində olmuş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsi üzərində sökülən vaxtadək heç bir məhdudiyyət olmamış və hər hansı şəxsin xeyrinə yüklü edilməmişdir.
Qeyd etdiyimiz kimi, 2021-ci ilin may ayında şirkətlə bağlanmış müqavilə şərtləri ötən ilin dekabrında birtərəfli qaydada dayandırılmışdır. Səbəb kimi Natiq Əliməmmədov adlı şəxsin həmin ərazini özəlləşdirməsi olub. Şirkət rəhbərliyi də məhz həmin çıxarışa istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. Bizə çox maraqlıdır, Əmlak məsələləri Dövlət Xidməti sökülmüş binaya çıxarışı necə və hansı şərtlərlə verib. Üstəlik, iyimi il ərzində istifadəmizdə olan bina əgər satışa çıxarılırdısa birinci növbədə bələdiyyəyə təklif edilməliydi. Çıxarışla yanaşı xidmət tərəfindən texniki pasportunN. Əliməmmədova təqdim edilməməsi də şübhə doğurur. Beləliklə, hərracın təşkilindəki ciddi qanun pozuntusunun olması göz önündədir. Elan verilməyib, hərrac təşkil edilməyib və sair.
Hesab edirik ki, sökülmüş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədin verilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Nərimanov rayon İcra Hakimiyyətinin 430 saylı, 12.12.2016-cı il tarixli sərancamı ilə uyğunsuzluq təşkil edir.
Nərimanov bələdiyyəsinin məktubuna reaksiya belə verməyən “INTEKS” şirkətinin havadarlıq etdiyi N. Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadagan edən qərardad ala bilmişdir. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardadda iştirakmız olmadan qəbul edilib.
Əlavə edək ki, hakim Gültəkin Əsədova 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitiridkdən sonra 1998-2000-ci illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə katibi, 2001 – 2007-ci ilərdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi, 2007 – 2009-ci illərdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə iclas katibi, 2009 – 2010-cu illərdə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010 – 2015-ci llərdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi, 2015-cildən isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır. Zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür.
Maraqlıdır ki, çox operativ şəkildə, faktiki vəziyyəti təhlil etmədən, araşdırmadan bələdiyyənin əleyhinə qərarın qəbul edilməsi ən azı hər kəsdə bu qərarın hansısa maraq naminə qəbul edildiyi ehtimalını yaradıb.
Qəbul edilmiş qərardad işin konkret hər hansı bir faktiki və hüquqi hallarına uyğun olmamaqla yanaşı iş üzrə cavabdah oln bələdiyyənin iş ahəngini pozmaqla, hüquqların məhdudlaşdırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
Eyni zamanda qeyd etmək istəyirik ki, məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti xarakterli akt ölkə başçısısı cənab İlham Əliyevin bələdiyyələrin fəaliyyət göstərdikləri (yerləşdikləri) inzibati binaların onların mülkiyyətinə verilməsinə dair fərmanının tələblərinə uyğun deyildir. Uzun müddət (20 ilədək) qanuni əsaslarla bələdiyyənin istifadəsində olmuş qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin tələbləri ilə uyğunsuzluq təşkil etməklə bələdiyyənin hüquqlarını artıq məhdudlaşdırdığından və fəaliyyətinə maneçilik yaratdığından, mülki qanunvericiliyin icarə və istifadə hüquqlarını pozması səbəbi ilə ləğv edilməlidir.
Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq MTT(005)-24/2022 saylı, 28.01.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının ləğv edilməsini tam qanuna uyğun hesab edirik.
Yekun olaraq ehtimal etmək olar ki, bu proseslərdə “İNTEKS” şirkətinin də öz maraqları var. Belə olmasaydı, şirkətin tikinti apardığı ərazidə bu qədər səs-küy yaradacaq məsələləyə biganə qalmazdı.
Nərimanov Məhkəməsinin qərardadından Nərimanov bələdiyyəsi Apelyasiya şikayəti verib və ilkin baxış hakim Azad İmanovun sədrliyi ilə fevralın 23-nə təyin edilib. Nərimanov bələdiyyəsinin kollektivi Apelyasiya məhkəməsinin hakiminin ədalətli qərar çıxaracağına ümid edir.
Nərimanov bələdiyyəsinin kollektivi Nərimanov Məhkəməsinin hakmi Gültəkin Əsədovanın yalnış qərarının Apelyasiya məhkəməsinin hakimi Azad İmanov tərəfindən ləğv edəcəyini və daha ədalətli qərar çıxaracağına inanır, o cümlədən Əmlak məsələləri üzrə Dövlət Xidmətinin sökülmüş binaya çıxarış verilməsi məsələsini isə müavfiq olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdıraraq onun qanunsuz qəbul ediliyini ortaya qoyacaqdır. Bununla da Azərbaycan bələdiyyə sisteminə qarşı yönələn neqativin qarşısı almış olacaqlar.
Təmraz Tağıyev
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri
Demokrat.az