Millət vəkili Jalə Əhmədova gənclərlə görüşüb —​ FOTO

SOSİAL 13 fevral 2022, 17:58
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi çərçivəsində gənclərlə görüşdüm.  Yüksək əhval-ruhiyyədə keçən görüş zamanı “Gənc liderlərin özünü ifadə və etik davranış qaydaları” mövzusu ətrafında  gənclərimizlə fikir mübadiləsi apardım.  
 
Hər zaman gənclərin yanında olan  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstəyin, diqqət və qayğının onların inkişafında, intellektual səviyyəli potensial kadr və savadlı nəsil kimi formalaşmasında mühüm rol oynamasından danışdım. Azərbaycan Prezidentinin yanında olduğunu öz əməlləri ilə sübut edən bugünkü Azərbaycan gənclərinin dövlətimizin apardığı daxili və xarici siyasətin icrasında, ölkəmizin tərəqqisi yolunda həyata keçirilən tədbirlərdə fəallığının yüksək dəyərləndirildiyini qeyd edərək onlara, bu yolda uğurlar arzuladım.
 
Görüşün sonunda gənclərimizi maraqlandıran bir çox suallara aydınlıq gətirdim, onların arzu və istəklərini, təkliflərini dinlədim.
 
Xüsusi olaraq onu da qeyd edim ki, Naftalan şəhərində həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəklənir. Vətənin etibarlı gələcəyinin təminatçısı olan Azərbaycan gəncliyinin bütün sahələrdə inkişafına istiqamətlənən bu layihənin gerçəkləşməsinə dəstək verən hər iki dövlət qurumunun rəhbərliyinə  dərin təşəkkürümü bildirirəm.





 
Millət vəkili
Jalə Əhmədova

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top