Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə o, sosial mediada məlumat yayıb.
Bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib:
"Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
E.Əlibəyli "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı idi. (“Yeni Sabah”)