Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir.
Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir.
İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.
Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.
Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.