Selçuk Bayraktardan Azərbaycanda keçiriləcək “Texnofest” festivalı ilə əlaqədar paylaşım

GÜNDƏM 16 yan 2022, 00:14

26-29 may tarixlərində Azərbaycanda “Texnofest” festivalı keçiriləcək.

Bu münasibətlə Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün “Twitter” səhifəsində festivalla bağlı paylaşım edib. “Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival - Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - Selçuk Bayraktar qeyd edib.

Qeyd edilib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir. Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Yarışlarla bağlı ətraflı məlumatı www.teknofest-az saytından əldə etmək mümkün olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top