Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş etdi

İNFRASTRUKTUR 09 may 2024, 22:59
“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Demokrat.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 18:19
Top