Bakıda fəaliyyət göstərən ermənipərəst agentliyi kim himayə edir? — Qarabağ qaziləri "Sputnik Azərbaycan"ı bağlatmağa ÇAĞIRDI

GÜNDƏM 02 mar 2019, 17:17

“Qarabağ qaziləri” birliyi Sputnik Azərbaycanın baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb. 


Demokrat.az xəbər verir ki, bəyanatda deyilir:


“Xəbər verildiyi kimi Rusiyanın Rəsmi informasiya agentliyi “Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. 

 

Qarabağ qaziləri Sputnik Azərbaycanla bağlı bəyanat yaydı - Erməni təzyiqlərinə son qoyulsun


Əldə etdiyimiz məlumatlara görə, M.Yaşaroğlu "Sputnik Azərbaycan"dan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib. Bu isə “Sputnik”in Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın və agentliyin Azərbaycan ofisinin ermənipərəst direktoru Əziz Əliyevin (Onun da erməni qarışığı olduğu bildirilir) xoşuna gəlməyib.

 

Image result for Mətin Yaşaroğlu


Onu da qeyd edək ki, M.Yaşaroğlu ilə yanaşı "Sputnik Azərbaycan"da çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib. Onu da dəqiq bilirik ki, agentlikdə çalışan kifayət qədər vətənpərvər və ədalətli jurnalistlər neçə illərdir erməni təbliğatına, imkanları daxilində, mane olublar. 


Düşünmək olardı ki, bu büronun erməni əsilli rəhbərinin əməlidir, amma M.Yaşaroğluyla bağlı baş verənlər göstərdi ki, bu Rusiya “Sputnik”inin məqsədi elə Azərbaycan bürosunda erməni təbliğatı aparmaq, Azərbaycan oxucusuna qarşı informasiya savaşında erməniyə kömək etməkdir. Unutmamalıyıq ki, müharibədə informasiya savaşı çox ciddi bir silahdır.

 

Image result for margarita simonyan sputnik


“Qarabağ qaziləri” birliyi baş verənlərə etiraz edir. Və tələb edirik ki, M.Yaşaroğlu dərhal yenidən öz işinə qaytarılsın, aegntliktdə erməni təbliğatı dayandırılsın! Əks təqdirdə kollektivində Azərbaycanın ləyaqətli övladlarının işləməsinə baxmayaraq, "Sputnik Azərbaycan" bağlansın. Erməni təbliğatına sinə gərən M.Yaşaroğlu və digər jurnalistlərimiz isə daha yüksək əməkhaqqı, daha yaxşı şərtlərlə digər işlərlə təmin edilsin!

 

Image result for margarita simonyan


Təəssüflə bildirməliyik ki, son günlər Azərbaycanda erməni təbliğatının güclənməsini müşahidə edirik. Vəziyyət o həddə gəlib çıxıb ki, “azərbaycanlı” bildiyimiz jurnalist Ermənistana gedib gəlir və ölkəmizdə açıq-aşkar ermənilərin təbliğatın aparır. Onu tənqid etmək əvəzinə, bəzi qəzetlər və saytlar onun erməni təbliğatını eninə-boyuna təbliğ edir. Çox təəssüf! Ermənilər də bizim “azərbaycanlıların” əli ilə ölkəmizə qarşı savaşı daha da kəskin şəkildə davam etdirir. 

 

Image result for Əziz Əliyev sputnik


Tələb edirik, ölkəmizdə öz xalqımıza qarşı erməni təzyiqlərinə son qoyulsun!


Bütün bunları nəzərə alaraq biz Qarabağ qaziləri dövlətimizin təhlükəsizlik və hüququ mühafizə orqanlarından məsələni ciddi şəkildə nəzarətə götürməyi xahiş edirik!”. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top