Diananın zirehli “Rolls-Royce”u satışa çıxarıldı — FOTOLAR

MARAQLI 01 mar 2019, 09:43

Faciəvi şəkildə həyatını itirmiş Britaniya şahzadəsi Diananı ABŞ səfəri zamanı daşımış zirehli “Rolls-Royce” limuzini hərraca çıxarılıb.


Demokrat.az xəbər verir ki, bu barədə “Ren” TV məlumat yayıb.


Məlumata görə, “Bring a Trailer” saytına yerləşdirilmiş elanda avtomobilin 1987-ci ildə buraxıldığı, 100 min kilometrdən az yürüşünün olduğu və heç vaxt qəzaya düşmədiyi bildirilir.


Maşın xüsusi salonda zirehləşdirilib. Belə ki, banı daha sərt dəmir və kevlar lövhələrlə bərkidilib, şüşələr isə gülləkeçirməz polikarbonatla əvəzlənib.


Həmin avtomobilin 1990-cı ildə ABŞ-da səfərdə olmuş şahzadə Diananı daşıdığı bildirilir. Limuzin sürücü ilə rabitə sistemi və panoramalı damla təchiz olunub. Hərracda avtomobilin başlanğıc qiyməti 26 min dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top