Rusiyada azərbaycanlı diaspora fəalı itkin düşdü — EKSKLÜZİV

HADİSƏ 22 fev 2019, 14:05

Əslən Azərbaycanın Şirvan şəhərindən olan 1971-ci il təvəllüdlü Şahsuvarlı Ərəstun Gülməmməd oğlu Rusiyanın Sankt-Peterburq vilayətinin Nevskiy rayonunda itkin düşüb. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ərəstun Şahsuvarlı Rusiyada biznes və diaspora fəaliyyətilə məşğul idi. O, Rusiyada Azərbaycanın fəal diaspora nümayəndələrindən olub. 


Artıq bir neçə gündür itkin düşən azərbaycanlı iş adamından ailə üzvləri və yaxınları heç bir məlumat əldə edə bilmir. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top