Bakıda unikal yol nişanı — FOTO

SOSİAL 11 fev 2019, 22:31

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9 ünvanında nişanlamada səhvə yol verilib. Prospektdə avtomobillərin dönməsi üçün nəzərdə tutulan ara yolda iki əks istiqamət üzrə dönmə işarələri qoyulub. 

 

Demokrat.az xəbər verir ki, həmin yerin avtomobillərin parklanması, yoxsa dönmə üçün nəzərdə tutulduğu  anlaşılmır.


Nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, belə yol nişanlaması ola bilməz: 


"Bu, sadəcə, əlinə təbaşir keçmiş bir dəcəl uşağın asfaltda şəkil çəkməsinə bənzəyir. Belə yol hərəkətinin təşkili ola bilməz. Bu, ayrıcı zolağın ortasında kəsikdir, dönmə yeridir. Hətta orada sola da dönmək olar, hərəkətin təşkilinə baxır. Orada çox şey etmək olar, amma belə hərəkətin təşkili yoxdur. Orada standarta, qanuna uyğun heç nə yoxdur”.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakupost-a bildirib ki, bu, nişanlanmada yol verilən səhvin nəticəsidir: "Artıq BNA tərəfindən məsələ nəzarətə götürülüb və aradan qaldırılması üçün tapşırıq verilib. Parklanma məsələsinə gəlincə, orada nəqliyyat vasitəsini saxlamaq qadağandır”.


Bir qədər əvvəl məsələ həll edilib və nişanlanma xətləri qaydasına salınıb.(Avtosfer.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top