"Ziya Məmmədovun heç bir hoteli yoxdur" — Qardaşından AÇIQLAMA

GÜNDƏM 09 fev 2019, 14:23

Xəbər verdiyimiz kimi, "Unikal.org" saytı Bakının Biləcəri qəsəbəsində yerləşən "Delfin" hotelin sökülməsi barədə məlumat yayıb. 

 

Məlumatda qeyd olunur ki, “Delfin” hotel sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov tərəfindən idarə edilib.


Məsələ ilə bağlı Ziya Məmmədovun qardaşı, Milli Məclisin keçmiş deputatı Elton Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, qardaşının belə bir hoteli olmayıb:


"Ziya Məmmədovun heç bir hoteli olmayıb. İndi də yoxdur. Qardaşım haqqında kim nə yazırsa, yayırsa, hamısı böhtan və iftiradır. Hər kəs ağılına gələni yazır. Yəqin yazmağa mövzuları yoxdur".


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top