Azərbaycanda ərzaq məhsullarının qiymətini kim qaldırır? — ŞƏRH

İQTİSADİYYAT 04 fev 2019, 17:14

“Marketlərdə bir sıra ərzaq, eyni zamanda yerli istehsal olunan məhsullarda qiymət artımı müşahidə olunur”.


Demokrat.Az xəbər verir ki, bu sözləri  “Yeni Sabah” a açıqlamasında İqtisadçı ekspert Vüqar Bayramov bildirib. 


Onun sözlərinə görə, bəzi məhsulların bahalaşması idxal  xərclərinin artması ilə bağlıdır:


“Bu, ölkədə idxal olunan  və ölkəyə idxal olunan xərclərin artmasına, bu da məhsulların bahalaşmasına gətirib çıxarır. Eyni zamanda topdan satış  qiymətlərində artımlar var. Bu da nəticədə pərakəndə satış  qiymətlərinə təsir göstərir. Nəzərə alsaq ki, milli valyutanın məzənnəsi  sabitdir, praktik olaraq artmanın yanvar ayına düşdüyünü götürsək əmək haqlarında da artım yoxdur. Adətən inflyasiya o zaman baş verir ki, ya milli valyutanın məzənnəsi dəyişir, ya da əmək haqlarında artımlar olur. Buna uyğun olaraq pul kütləsi artır, nəticədə qiymətlər  qalxır. Azərbaycanda yanvar ayında əmək haqları artmayıb, məzənnə stabildir, bu konteksdən  ərzaq məhsullarının topdan satış, eləcə də pərakəndə satış qiymətlərinin  artımını iqtisadi analiz etmək çox çətindir”. 


Ekspert vurğulayıb ki, qiymət artımları daha çox ərzaq məhsullarında olduğundan,  bu, bəzi şirkətlərin süniləşdirilmiş qiymət artımlarına getməklə  məhsullarını daha baha satmağa çalışdıqlarından xəbər verir: 


“Əmək haqqı artmadığı halda qiymət artımı vətəndaşların xərcini artırır,bu, onların sosial müdafiəsi baxımından  arzuolunan deyil. Qiymətlərin monitorinq olunması, hansı məhsullarda neçə fazi artım olması ilə bağlı rəsmi açıqlamaya ehtiyac var. Təbii ki, səbəblər də monitorinq edilməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi  qiymətlərin monitorinqini apara bilir və aparmalıdır. Monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması vacibdir. Bundan sonra qiymət artımlarının əsl səbəblərinin  hansı səviyyədə inhisarçılıqla  bağlı olub olmadığını  müəyyənləşdirmək mümkündür”.  


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top