Binənin unudulmuş palçıqlı yollarından BİABIRÇI FOTOLAR

SOSİAL 02 fev 2019, 00:18
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsinin sakinləri uzun illərdən bəri yolsuzluq problemindən əziyyət çəkirlər.

Demokrat.Az xəbər verir ki, yağış yağan zaman Binə sakinlərinin gediş-gəlişi daha da çətinləşir.

Burada yaşayan insanlar payız, yaz, qış aylarında gördüyünüz bu palçıqlı yollarla hərəkət etməyə məcbur olurlar.

Xəzər rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyi və bələdiyyə isə sakinlərin şikayətlərinə məhəl qoymadan mövcud problemi görməz olublar.

Binə sakinlərinin redaksiyamıza göndərdiyi fotolardan da aydın görünür ki, aidiyyəti qurumlar qala-qala insanlar məcburən özləri yollarını səhmana salmağa çalışırlar.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 may 2024, 14:32
Top