Türkiyəli nazir Bakı-Tbilisi-Qars layihəsinin üstünlüklərini açıqladı

İQTİSADİYYAT 01 fev 2019, 15:59

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi türkiyəli iş adamlarına ciddi üstünlüklər vəd edir". 


Demokrat.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

 
"İki nəhəng iqtisadiyyat malik Avropa İttifaqı və Çin arasında əlaqələrin qurulması bu marşrut boyu yerləşən ölkələrin iqtisdi inkişafına olduqca böyük fayda verəcək. Bu baxımdan Bakı-Tbilisi-Qars layihəsinin önəmi olduqca böyükdür", - deyə o vurğulayıb.


Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsinin ikinci mərhələsinin reallaşdırılması ilə bağlı işlər davam etdirilir. 


Onun sözlərinə görə, layihənin ikinci mərhələsi çərçivəsində Qars ilə Ankara birləşməlidir: 


"Hazırda işlər Ərzincan bölgəsində işlər gedir".


Turhan onu da bildirib ki, layihənin ikinci mərhələsi də reallaşdıqdan sonra bu marşrut üzrə daşımaçılığın maya dəyəri xeyli azalacaq.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top