AFFA əsas yığmanın baş məşqçisi haqda BƏYANAT YAYDI

İDMAN 25 yan 2019, 20:48

"Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir”.

 

Demokrat.Az xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəyan edib.

 

Affa bildirib ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. 

 

"Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

 

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top