"Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar" - DİN-dən Milli Şuranın yürüşü ilə bağlı AÇIQLAMA

GÜNDƏM 20 yan 2019, 18:57
Daxili İşlər Nazirliyi bu gün Şəhidlər xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavabında bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.

Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:
 
Related image

“Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdırma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdırma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək”.

E. Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
 
Xatırladaq ki, yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanın ziyarəti zamanı Milli Şuranın tərfdarları ilə polis arasında insident baş verib. Çoxsaylı insan polis tərəfindən saxlanılıb.

Hadisənin şahidləri Turana bildirib ki, polis Parlament prospektinin başlanğıcında toplaşmış Milli Şuranın minlərlə tərəfdarını iki saatadək gözlətdikdən sonra toplum halında Şəhidlər Xiyabanı istiqamətinə buraxmayıb. İnsident bundan sonra baş verib.

Milli Şuranın yanvarın 19-da "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən mitinqində AXCP saədri Əli Kərimli tərəfdarına müraciət edərək yanvarın 20-də birgə Şəhidlər Xiyabanının ziyarətinə çağırımışdı.

Bu günki insidetdən sonra AXCP sədri Əli Kərimli Turana bildirib ki, onların şəhidlər xiyabanında siyasi aksiya keçirmək fikri olmayıb.
 
Related image

"Şəhidlərimizə ehtiramımızı göstərmək üçün hər zaman xiyabana mütləq gələcəyik. İnsanlar Əzizbəyov dairəsinə toplaşıb iki saat gözlədikdən sonra gərginlik artdı. Onları xiyabana doğru buraxmadılar. Bundan sonra "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirdilər. Bu zaman xüsusi təyinatlı polisləri, çevik poli alayını səfərbər etdilər. Şəhidləri ziyarətə gəlmiş insanları xırda-xırda qruplara böldülər. Böyük hissənin qabağını kəsdilər. Onları ümüumiyyətlə xiyabana doğru buraxmadılar. Məni, Milli Şuranın rəhbərliyini 150 nəfərlik qrupla xiyabana doğru buraxdılar. Sonra bizim olduğumuz qrupu yenə böldüllər və 15-20 adama əhidlərimizi ziyarət etmək üçün icazə verdilər," o qeyd edib.

Kərimli hesab edir ki, hökumət dünəınki mitinqdəki izdihamdan qorxuya düşüb.

"Görünür İlham Əliyev bunlara göstəriş verib. Dünənki mitinqdəki izdihamdan qorxuya düşüb. Millətə nə desin? Deyirdilər müxalifət olmayacaq. Müxalifəti məhv etmişik. Hansıki müxlaifət on minlərlə insanın qarşısında çıxış edir. İndi polisə tapşırıq verib ki, insanları təcrid edin, elə şərait yaradın ki, Əli Kərimli 15 adamla ziyarətə getsin. Bütün bu əməliyyat onun üçün idi. Millətin başına bu oyunu açdılar. Hörmətsizlik etdilər. Amma buna görə utanmalı olan biz deyilik. Çoz təəsasüf. Özü bilsin. Bumeranq effekti ilə qayıdacaq, rejimin özünüə dəyəcə," AXCP sədri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top