Azərbaycanda pensiyalar 4-7 manat artacaq

SOSİAL 08 yan 2019, 09:28

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.

Demokrat.Az xəbər verir ki, iqtisadçı- ekspert Qubad İbadoğlu bununla bağlı sosial şəbəkədə şərh yazıb.

Ekspert öncə yazıb ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir: 

Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir”.

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir:

“Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top