Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də mənəvi dayaqları var"

Demokrat.Az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsini təqdim edir:

 

- Mübariz müəllim, hazırda ölkədə dini durumu necə dəyərləndirirsiniz?

 

- Azərbaycanda sabitlik hər sahədə olduğu kimi, din sahəsində də özünü büruzə verib. Bilirsiniz ki, Prezident cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

 

Biz həssas bölgədə yerləşirik və ətrafımızda toqquşmalar, qarşıdurmalar var. Məsələn, Yaxın Şərq ərazisində neçə illərdir ki müharibə gedir. Bu müharibələrdə müxtəlif amillərdən, o cümlədən din amilindən istifadə olunur. Qafqaz bölgəsində də münaqişə ocaqları var. Bunlardan biri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan bütün bu münaqişələr və qarşıdurmalar fonunda sabitlik adası kimi görünür və ölkəmizin sabitlik adası olması artıq hər kəsə bəllidir.

 

Ölkəmizdə din sahəsində də vəziyyət sabitdir. Dini konfessiyalar arasında tolerant mühit mövcuddur, eyni zamanda, multikultural dəyərlərimiz qorunur və bu dəyərlər Azərbaycanın üstünlüklərindən biridir. Azərbaycan dövlət-din modelinin nümunə ola biləcək formasına malikdir.

 

- İŞİD İraq və Suriyada müəyyən əraziləri işğal edəndə bütün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda radikal dini meyillər özünü daha qabarıq büruzə verirdi, radikal dini qruplar İŞİD-in "qələbələrindən" sanki həvəsə gəlmişdilər. Azərbaycanda bu cür meyillərin qarşısını almaq üçün hansı tədbirlər görüldü?

 

- Bir neçə il öncə "ərəb baharı" deyilən bir proses baş verdi. Həmin proses zamanı bəzi xarici dairələrin birbaşa iştirakı və himayəsi ilə bir sıra ölkələrdə ictimai-siyasi sabitlik pozulmaqla siyasi hakimiyyətin dəyişilməsinə nail olundu, ancaq sonda nəticə çox acınacaqlı oldu. Yəni "ərəb baharı" əslində həmin ölkələrin əhalisi üçün "ərəb qışı"na çevrildi. Ölkələrdə infrastruktur dağıdıldı, sabitlik pozuldu.

 

Həmin proses zamanı silahlandırılan və ya maliyyə dəstəyi alan qruplar din adı altında pərdələnmiş elementlərin mərkəzinə çevrildi, nəticədə həmin radikal qruplar xarici dairələrin aləti kimi istifadə olundu. Burada təbii ki, bu prosesə rəvac verənlərin geosiyasi maraqları nəzərdə tutulurdu. Yəni öz geosiyasi maraqlarını həyata keçirmək üçün bu prosesə rəvac vermişdilər. Zaman-zaman din pərdəsi altında radikal elementlər siyasətə müdaxilə etməyə çalışıblar. "Boko haram", İŞİD, "əl-Qaidə" və s. bu kimi qruplar yaradılaraq onların vasitəsilə müəyyən məqsədlərə nail olunmağa çalışılıb. Bu siyasətin törəməsi olan İŞİD İraq və Suriya ərazisində torpaqları öz nəzarətinə götürərək "xilafəti bərpa etmək" iddiası ilə çıxış edirdi və burada da din amilindən istifadə edirdi.

 

Çox təəssüf ki, bəzi müsəlman ölkələrində həmin qruplaşmanın yaydığı təbliğata uyanlara rast gəlindi, müsəlman ölkələrindən, hətta Avropanın qeyri-müsəlman ölkələrindən, eyni zamanda müsəlman icmaları mövcud olan ölkələrdən İŞİD-ə qoşulanlar oldu. Əlbəttə, İŞİD-ə qoşulanların təsnifatını aparmaq başqa işdir, ancaq qısa və konkret desək, İŞİD-ə maddi maraqlar üçün gedənlər, fanatikcəsinə həmin fikirləri qəbul edənlər, macəra axtaranlar oldu. İŞİD-in silahlandırdığı dəstələr din adı altında bu prosesi həyata keçirmək istəyirdi, nəticə isə onların istədiyinin əldə olunmasına gətirib çıxarmadı. Çünki süni, qondarma hərəkat idi və onun arxasında duran güclər maliyyəni dayandırsalar, o qruplaşmalar dərhal itib batarlar, yoxa çıxarlar.

 

Bu prosesin əvvəlində belə yalan fikirlərə uyaraq və yaxud da öz maraqlarını təmin etmək üçün Azərbaycanda da İŞİD-ə qoşulanlar haqqında faktlar var idi. Lakin həm ölkə daxilində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər, həm Milli Məclis tərəfindən ekstremizm və terrorizmə qarşı mübarizə ilə əlaqədar qanunlara, o cümlədən "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi, həm də cəmiyyət içərisində müxtəlif dövlət qurumlarının apardığı siyasət öz nəticəsini verdi. Dövlət Komitəsi olaraq bizim də üzərimizə düşən vəzifələr var idi ki, biz də bunu yerinə yetirmək üçün maksimum səylər göstərdik. Biz bir neçə sənədli film çəkərək dini radikal, ekstremist qrupların törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha geniş şəkildə çatdırmağa çalışdıq. Misal üçün, "Fitnə", "Şəhadət", "Vəhdət qanımızdadır", "Oxu" sənədli filmləri çəkildi, yeniyetmələr, gənclər üçün "Üfüqdəki gələcək" sənədli filmi, xüsusi çarxlar hazırlanaraq yayıldı, KİV vasitəsilə dini radikalizmi ifşa edən verilişlərə yer verdik, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər həyata keçirdik. Yerlərdə həm Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, həm də Dövlət Komitəsinin bölgə şöbələri mütəmadi tədbirlər həyata keçirdi, bununla bağlı çoxlu sayda kitablar nəşr olundu və əhali arasında yayıldı.

 

Prezident İlham Əliyevin 2014-cü ildə ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yüzlərlə maarifləndirici layihə həyata keçirildi ki, bu layihələrin də ana xəttini dini radikal, ekstremist qrupların ideoloji cəhətdən ifşa olunması təşkil edirdi. Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və bir sıra digər dövlət qurumları bu prosesdə bizimlə birgə geniş təbliğat apardı. Bu sahədə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birlikdə təhsil ocaqlarında təşkil etdiyi çoxsaylı tədbirlərin də əhəmiyyətini qeyd etmək olar. Bu təbliğat fəaliyyətimiz dayanmayıb, bu gün də davam edir.

 

Yalnız inzibati tədbirlər həyata keçirməklə istənilən nəticəni əldə etmək mümkün deyil. Burada ideoloji, sosial tədbirlər də həyata keçirilməlidir. Ona görə də biz bu istiqamətdə üç ana xətt müəyyənləşdirmişik. Bunlar hüquqi, ideoloji və sosial-iqtisadi istiqamətdə həyata keçirilən işlərdir. Bu üç istiqamət bir-birini tamamlamalıdır. Yəni dini radikalizmə qarşı mübarizə kompleks tədbirlər tələb edir ki, bizim ölkəmizdə də bu tədbirlər Dövlət Komitəsi daxil olmaqla, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, həmçinin digər müvafiq qurumlar, qeyri-hökumət təşkilatları və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə həyata keçirilir. Bütün bunlar Azərbaycanda din amilindən istifadə edərək hansısa geosiyasi, lokal və s. xarakterli maraqlarını reallaşdırmaq istəyən xarici qüvvələrin qarşısını almağa önəmli köməklik göstərib və bizi yaşana biləcək hadisələrdən qoruyub. Qeyd edim ki, Azərbaycan özünü bütün risklərdən qorumağa qadirdir.

 

Həmçinin Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun ideoloji müstəvidə həyata keçirdiyi tədbirləri xüsusilə qeyd etmək istəyirəm. Dövlət-din münasibətləri sahəsində fəaliyyətin tənzimlənməsi, mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması sahəsində Fond tərəfindən Azərbaycanın bütün bölgələrini əhatə edən layihələr həyata keçirilir.

 

- Hazırda din pərdəsi altında Azərbaycana qarşı təhdidlər nə dərəcədə təhlükəlidir?

 

- İndiyə qədər Azərbaycana qarşı din amilindən istifadə edərək yönələn təhdidlərin qarşısı alınıb, lakin bu bizdə arxayınlıq yaratmır. Biz düşünülmüş siyasət həyata keçiririk və bu siyasət də dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji xətdir. Azərbaycanda dini təhdidlərə qarşı tədbirlər görülür və bundan sonra da görüləcək. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da təsadüfi deyil. Biz ölkəmizdə din sahəsində çalışan kadrlara çox böyük ehtiyac duyurduq. İndiyə qədər İslam kollecləri və Bakı İslam Universiteti bu sahədə müəyyən işlər görüb, lakin bu işi daha geniş aspektdə aparmaq lazımdır. Eyni zamanda, İlahiyyat İnstitutu yalnız İslam dini üzrə deyil, digər dinlər üzrə də mütəxəssis hazırlığını həyata keçirəcək. Həmçinin burada digər müsəlman ölkələri üçün kadrlar hazırlamağı nəzərdə tuturuq.

 

- Son dövrlərdə Azərbaycandan xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulma halları müşahidə olunub?

 

- Dövlət Komitəsində, o cümlədən hüquq-mühafizə orqanlarında olan məlumatlar son iki ildə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə, o cümlədən İŞİD-ə qoşulması haqqında faktın olmadığını göstərir. Bəzən mətbuatda Türkiyədə və yaxud İŞİD qruplaşmalarının nəzarətində olan yerlərdə saxlanılanlar barədə məlumatlar yayılır. Əslində isə burada əvvəllər gedən adamlar nəzərdə tutulur. Bunlar bir vaxtlar şirnikləndirilərək, aldadılaraq və ya fanatikcəsinə bu prosesə qoşulanlar idi ki, bir hissəsi artıq geriyə qayıdıb və hüquq-mühafizə orqanları tərəfindən qanun çərçivəsində müvafiq addımlar atılır.

 

- Radikal dini qruplar insanları, xüsusən də gəncləri maddi amildən istifadə edərək təsir altına salmağa çalışır. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?

 

- İqtisadi yolla gəncləri şirnikləndirərək müəyyən radikal dini qruplara cəlb etməyə cəhd edənlər əvvəllər də olub, bu gün də bu cəhdlər var. Lakin əvvəllər bunun üçün həmin qruplaşmaların "iqtisadi imkanları" daha geniş idi. Söhbət qeyri-qanuni yolla əldə edilmiş vəsaitlərdən gedir. Xaricdə olan qruplaşmalar tərəfindən buraya müxtəlif vasitələrlə vəsaitlər gətirilərək həmin maliyyə hesabına gəncləri cəlb etmək, onları tovlamaq, şirnikləndirmək, qeyri-qanuni silahlı dəstələrə cəlb etmək, burada özlərinin kiçik dayaqlarını yaratmaq, məscidlərə müdaxilə etmək, məscidlərdə nəzarəti tədricən öz əllərinə almaq, Azərbaycanda kənar fikirləri yaymaq, dini ayinləri, dini xarakterli tədbirləri öz istəklərinə uyğun keçirmək cəhdləri var idi və bu gün də sadaladıqlarımı etmək istəyənlər var. Bu cür hərəkətlərin qarşısını almaq üçün həmin qeyri-qanuni yolla əldə edilən gəlirlərin mənbəyinin qarşısı alınmalı idi. Çünki bunun qarşısı alınmadan həmin qeyri-qanuni maliyyə ölkədə gənclərin təfəkkürcə, ideyaca zəhərlənməsinə xidmət göstərərdi. Ona görə bu istiqamətdə də profilaktik tədbirlər görülüb. Prosesdə bizim maliyyə qurumlarımız, bank sistemi fəal iştirak edib, bununla bağlı xüsusi monitorinq qrupu yaradılıb. Bu monitorinq qrupu qeyri-qanuni yolla Azərbaycana vəsaitin daxil olmasının qarşısını alır, qabaqlayıcı tədbirlər görür.

 

Xaricdən dəyəri ödənilmədən və yaxud daha ucuz qiymətlə məhsul gətirərək satışından qeyri-qanuni gəlir əldə etmək istəyən qrupların da qarşısını almaq üçün ciddi tədbirlər görüldü. Dövlət Gömrük Komitəsi bu məsələni tam nəzarətə alıb və biz bu cür satış mərkəzlərinə nəzarət edənlərin kimliyini müəyyənləşdirərək onların qarşısını almaq üçün tədbirlər görmüşük.


Qəti əminliklə deyə bilərik ki, bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də mənəvi dayaqları var. Bu dayaqları yaratmağa cəhdlər edilib və bu gün də edilməkdədir, lakin bu cəhdlərin qarşısını almaq və onu beşiyindəcə boğmaq üçün xüsusi müəyyən olunmuş proqram əsasında dövlətin müvafiq qurumları tərəfindən qabaqlayıcı tədbirlər görülür.


- Mübariz müəllim, bu gün Azərbaycanda dini sahədə olan problemlərdən biri də "təyinatı olmayan mollalar" problemidir. Bununla bağlı Sizin də fikrinizi öyrənmək istəyərdik.

 

- Bizim ölkəmizdə hər şey qanuna söykənir. "Dini etiqad azadlığı haqqında" qanuna əsasən Azərbaycanda bütün məscidlər qanuni şəkildə fəaliyyət göstərməlidir. Heç bir məscid qanundankənar fəaliyyət göstərə bilməz, heç bir kütləvi dini ayin və ibadətlər qeyri-qanuni yerinə yetirilməməlidir. Əks halda Dövlət Komitəsinin səlahiyyətli əməkdaşları müvafiq protokollar tərtib edərək həmin şəxslərə qarşı qanun çərçivəsində tədbirlər görürlər.

 

Bir adam öz evində dini ibadəti, ayini həyata keçirirsə, ona heç kim bir söz deyə bilməz. Bəzən anlaşılmazlıq yaranır - kimsə deyir ki, dini ayinlərin icrasına dövlət bu cür müdaxilə etməməlidir və s. Mən bir daha deyirəm, burada söhbət kütləvi dini ayinlərdən gedir. Hər kəs özbaşına istədiyini etsə, nə olar? Bu, yalnız İslama deyil, xristianlığa, yəhudiliyə və digərlərinə də aiddir. Dini ayinlərin icrası zamanı nizam-intizam olmalıdır. Yəni insanların təhlükəsizliyi, ictimai asayiş və digər məsələlər var ki, bunlar nəzərə alınmalıdır. Hər şey qanunla tənzimlənir. Elə ölkə yoxdur ki, orada insanların fəaliyyətini tənzimləyən qanunlar olmasın.

 

Din sahəsini də qanun tənzimləyir. Başına əmmamə qoyub, əlinə təsbeh alan hər adam din xadimi deyil və yaxud müqəddəs dini yerləri ziyarət edib gəlmək heç kimə hər hansı dini ayinlərin icrasına rəhbərlik etmək səlahiyyəti vermir. Və yaxud sənin dinlə bağlı bilgin varsa, bu o demək deyil ki, dini ayinlərin icrasına rəhbərlik edə bilərsən. Məsciddə çalışan adamın mütləq rəsmi təyinatı olmalıdır.

 

Azərbaycanda təyinatı olmayan, başına əmmamə qoyub, əlinə təsbeh alıb, dini libas geyinərək qəbiristanlıqlarda və ya digər yerlərdə dini ayinləri icra etməyə cəhd göstərən şəxslər var. Biz bu cür qeyri-qanuni fəaliyyət göstərən şəxslərə qarşı hüquqi müstəvidə mübarizə aparırıq. Onlar cərimələnir, protokollar tərtib olunur və s. Əgər bu adamın bilgisi, savadı varsa, dini fəaliyyətlə məşğul olmaq istəyirsə, hər hansı məsciddə fəaliyyət göstərmək istəyirsə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməli, orada attestasiyadan keçməli, imtahan verməli, təyinat almalıdır. Yalnız bundan sonra həmin yerdə müvafiq fəaliyyət göstərə bilər. Bizim intellektual səviyyəli, gözəl xütbələr, moizələr verməyə qadir olan, eyni zamanda cəmiyyətdə hörmət qazanan əsl din xadimlərimiz var ki, bu cür qeyri-qanuni fəaliyyət göstərməyə çalışan şəxslərin əməlləri bəzən onların da fəaliyyətinə kölgə salır. Bu səbəbdən rəsmi din xadimlərimiz də qeyri-qanuni fəaliyyət göstərən həmin təyinatı olmayan şəxslərə qarşı mübarizə aparır və aparmalıdır.

 

Biz dinimizi gözdən salan insanlara qarşı mübarizə aparmalıyıq. Dinimizi kimlərsə gözdən salmaq istəyirsə, onları kənarlaşdırmalıyıq, yüksək səviyyəli, savadlı din xadimlərinin hazırlanmasına və məscidlərdə onların çalışmasına nail olmalıyıq. Məsciddə çalışan din xadimləri İslamla bərabər digər dinlər barədə də məlumatlı olmalıdır, Azərbaycan ədəbiyyatını, tarixini, milli-mənəvi dəyərlərini, o cümlədən dəqiq elmləri, astronomiyanı və digər elmləri gözəl bilməlidirlər. Hər kəs din haqqında fətva verə bilməz və məsciddə xütbə söyləyə bilməz. Bunun üçün o, dini sahədə yetişməlidir. Əgər nadanlar din sahəsində üzə çıxacaqsa, o zaman dini radikal qrupların söylədiklərinə bənzər saxta fikirlər söyləyəcək, saxta hədislər danışacaq, uydurma fikirlər səsləndirəcək, Quran ayələrini özü bildiyi kimi yozmağa çalışacaq və nəticədə yanlış təsəvvür, fikir ortaya çıxacaq. Sağlam cəmiyyətimizin bu cür fikirlərlə zəhərlənməsinə imkan verməməliyik.

 

- Qəbiristanlıqlarda Quran oxuyan, rəsmi təyinatı olmayan şəxslərə də çox rast gəlinir.

 

- Əvvəla onu deyim ki, bu gün Azərbaycanda vəfat etmiş insanların cənazə namazları, dəfn mərasimləri rəsmi dini ayinlər çərçivəsində həyata keçirilir. Ona görə də dəfn və yas mərasimini idarə edən, cənazə namazı qıldıran şəxs mütləq rəsmi təyinatı olan din xadimi olmalıdır, hansısa məsciddə çalışan, rəsmi təyinatı olan dini ayinlərin icraçısı, mütəvəlli, imam-naib və ya imam olmalıdır. Hər hansı dini ayini həmin adamlardan başqa şəxs icra edirsə, bu, qanuni baxımdan düzgün deyil.

 

Əlbəttə, kimsə vəfat etmiş yaxınını öz ailəsi daxilində yad edərkən Qurani-Kərimdən müəyyən ayələri oxuyursa, müəyyən dini söhbətlər edirsə, bu, başqa məsələdir, amma kütləvi şəkildə bu və ya digər tədbirlər idarə olunursa, bu, qanunazidd əməldir.

 

Qəbiristanlıqlarda dayanan şəxslərə gəlincə, bəli, belə hallara rast gəlinir. Bu adamlar düzgün hərəkət etmirlər. Məzarlıqları ziyarət edən adamın özü Qurani-Kərimdən bir ayə oxusa, bu, daha savab olar. Əgər məzarlığın yaxınlığında məscid varsa, oradan rəsmi təyin olunmuş din xadimi dəvət olunarsa, daha məntiqli olar.

 

Bildiyiniz kimi, artıq "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq.

 

- Mübariz müəllim, bu gün din sahəsində olan problemlərdən biri də dini nikah məsələsidir. Bəzi hallarda hətta nikah yaşı çatmamış şəxslərin kəbini kəsilir.

 

- Nikah bağlanmasının qanuni qaydaları, yaş həddi və s. var. Nikaha girmək üçün bunlara əməl etmək lazımdır. Bəzən görürsən ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan qızlarımız üçün ailələr rəsmi təyinatı olmayan şəxslərin yanına gedirlər və guya onlar kəbin kəsirlər. Bu, qeyri-qanuni olmaqla yanaşı, dini baxımdan da doğru deyil. Həmin şəxsin bu cür xeyir-dua verəcək səlahiyyəti varmı?

 

Dini kəbin insanların adət-ənənəsinə daxil olub və bunu da heç kim qadağan etmir. Vətəndaş öz seçimi, istəyi əsasında rəsmi nikahdan sonra məscidə, yaxud tanıdığı nüfuzlu din xadiminin yanına gedərək orada da öz kəbinini kəsdirə bilər. Bununla bağlı heç bir qadağa yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin ciddi tapşırığı var: dini kəbin yalnız və yalnız rəsmi nikah Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatına alındıqdan sonra mümkündür. İstənilən din xadimi bu cür müraciət olduqda əvvəlcə rəsmi nikah sənədini tələb etməlidir və yalnız bundan sonra dini nikah prosesini icra edə bilər. Rəsmi nikah sənədi olmadan kəbin kəsilməsi cinayətdir. Çox təəssüf ki, bunu edənlərin mütləq əksəriyyəti qanunsuz fəaliyyət göstərən insanlardır.

 

Vətəndaş müraciət etdiyi din xadimindən rəsmi dini fəaliyyət göstərmək səlahiyyətinin olub-olmadığını soruşmalıdır. Bu gün rəsmi fəaliyyət göstərən din xadimlərində Qafqaz Müsəlmanları İdarəsinin vəsiqəsi var. Vətəndaşlarımız kimin yanına getdiklərini bilməlidir. Dini nikah vətəndaşın öz istəyidir. Getməyənləri də, gedənləri də kimsə qınamamalıdır. Getməyənlər hesab edir ki, bu, lazım deyil, gedənlər isə hesab edir ki, dinimizdən gələn ənənədir və bunu etsəm, daha yaxşı olar. Bir sözlə, bu, vətəndaşın şəxsi seçimidir.

 

- Mübariz müəllim, bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.

 

- Mən də təşəkkür edirəm. Fürsətdən istifadə edərək oxucularınızı, eləcə də bütün Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

29 Dekabr 2018, 09:27   
loading...
Ən çox izlənənlər
Xəbərlər

Новости

Культ Илона: Tesla представляет новый автомобиль

В ночь на четверг Илон Маск представил Tesla Model Y на студии Tesla Design Studio в городе Хоторн, штат Калифорния, накачанной толпой фанатов Tesla, сотрудников, инвесторов и СМИ. "Мы буквально возвращаем сексуальность", - сказал Маск после выхода на сцену под хит баров 90-х "I 'm Too Sexy". Маск ссылался на то, что его линейка автомобилей Models S, 3, X, а теперь и Y, теперь намеренно произносит слово - вы догадались - "сексуально". Или S3XY. Компания Tesla выставляет свою новую модель в качестве доступного кроссовера, который, как сказал Маск, "имеет функциональность внедорожника, и ездит, как спорткар". Вообще, она как бы выглядит как хэтчбек версии Model 3; нежным кривым и большим, называйте это Карди Б из Тесла. В то время как Tesla бросила четверговое собрание, чтобы показать модель Y, это также был шанс для Маска, чтобы направить свою внутреннюю рок-звезду и сделать круг победы среди фанатов, друзей и бывших ненавистников, отмечая, как далеко шагнула Tesla всего за 14 лет существования. "Через двенадцать месяцев мы сделаем около миллиона автомобилей", - сказал Маск. "Довольно дико думать, что 11 лет назад сегодня мы сделали буквально одну машину. Через год - 1 миллион ". После характерного долгого входа Маск открыл мероприятие, появившись на сцене во всем черном 'припеве в паре с заказным черно-красным Tesla Nikes. Толпа из сотен человек сгустилась еще ближе к сцене, когда клубная музыка сошла на нет, а красное партийное освещение было заменено на сценический прожектор. Бармены взяли перерыв. Вместо того, чтобы просто показать нам чертову машину, Маск продолжил пройтись по истории Tesla, начиная с дебюта Tesla Roadster в 2008 году, заканчивая строительством Гигафабрик по всему миру, через масштабную борьбу за производство Model 3 2018 года ("2018-й почувствовал, что стареет сразу 5 на лет") и, наконец, до настоящего времени. Это включало в себя прокачку каждой модели - Roadster, S, 3, X и даже Semi - в пространство событий и на сцену (хотя Semi пришлось остаться в задней части. Он просто большой болван!) Маск показал урок истории Tesla не только для того, чтобы просто показать это, но и для того, чтобы донести свое видение будущего: полностью устойчивая энергетическая система, в комплекте с транспортными средствами Tesla, солнечными панелями, батареями (под названием Powerwall) и суперзарядами. "С помощью солнечных и силовых и электромобилей у нас впереди действительно светлое будущее", - сказал Маск. "Это захватывающе" С точки зрения бизнеса это оптимистично. После проблем с производством Model 3 и потасовок с SEC, Tesla просто едва выбила выгодные кварталы в первой половине 2018 года. Tesla также должна заплатить за свой шанхайский завод, и принять новые производственные вызовы с моделью Y. Так что финансовое будущее Tesla может быть не сразу ярким, но вы получили ощущение, что Маск говорил о картине будущей энергии. Он также воспользовался шансом, чтобы признать, что перемены Tesla вдохновили отрасль в целом в отношении электромобилей - со здоровой дозой f * * * haters. Он рыдал о том, как в 2009 году СМИ и автопром называли Tesla и концепт электромобилей смешными всевозможными названиями. Но как сейчас, каждый бизнес субъект автомобильной промышленности делает ставку на электричество. Это, по словам Маска, было его конечной целью: не просто продать электромобиль, а сделать электрокар стандартом отрасли. "Это цель была все это время", - сказал Маск. Наконец, Маск вывел "Модель Y". Маск взглянул на сцену с усмешкой, все напрягались, чтобы посмотреть на новую машину. "Из любого внедорожника среднего размера, я думаю, это будет тот, который вы хотите", - сказал Маск. Он был горд. Помимо проверки Model Y, ночь на четверг показала, что событие Tesla - по-настоящему странное зрелище. Я узнал на прошлом мероприятии, что Tesla предлагает места для событий своим истинным болельщикам, автовладельцам и членам сообщества. Это означает, что фанатское сообщество Маска - которое активно в интернете - фактически материализует IRL, надев куртки Tesla и крича "WE LOVE YOU" на Маска со сцены. Сотрудники Tesla также принимают участие, и их можно увидеть в праздновании дебюта, когда они жутко пьют пиво среди толпы. Там есть инвесторы и банкиры, хорошо одетые женщины и мужчины, одетые в жилеты, наблюдающие за всем этим, довольные деньгами, которые они дали Маску. И, наконец, есть СМИ и блоггеры, которые фиксируют каждый момент события в своих камерах, как они говорят для аудитории, которую никто из нас не видит. Когда они все сталкиваются, это действительно что-то. Когда Кейси Нейстат пробился в тестовую езду Tesla Model Y, фанат Tesla кричал на пресловутого блогера, снова и снова спрашивая: "ВЫ ДАЖЕ ВОДИТЕ TESLA, КЕЙСИ? А ТЫ? " Она, по всей видимости, была расстроена тем, что общественный деятель получил путевку вместо нее, настоящего поклонником. О да, была пробная поездка. Это было... Очень быстро! В обоих смыслах слова. Tesla предлагала заезды в Model Y для прессы и инвесторов, а также фанатов, если им посчастливилось получить их номера. Маск рекламировал машину, которая может ехать от 0 до 60 миль/ч за 3,5 секунды. И скромно хвастался этим. Мы не совсем так далеко добрались: заезды длились около минуты, путешествуя по парковке, а потом по кварталу. Водители также продемонстрировали возможности электромотора, так как ускорялись по блоку. Модель Y основана на дизайне Model 3, поэтому у нее похожий интерьер: огромная крыша, охватывающая почти длину автомобиля, горизонтальный сенсорный экран и пять сидений, в которые мы должны втиснуться. А потом все закончилось. Болельщики продолжали ждать заездов. Пирог, который Маск пообещал в Twitter в ознаменование Дня Пи (14 марта), материализовался; Бар снова открылся. Маск сейчас переживает много проблем. У него есть обвинение в неуважении к суду от SEC за нарушение соглашения за его твит и несколько случаев разоблачения рисуют его мстительным, чрезмерно контролирующим боссом. Маск как общественный деятель - с его трюками в Twitter и появлением красных ковров и диких предсказаний - супер. Лично он кажется искренне гордым и счастливым. Источник:https://mashable.com/

Обзор iPhone 11: сочетание цены, возможностей и качества

В прошлом году Apple представила iPhone XR как «доступное» предложение в своей новой линейке iPhone. Нам очень понравился XR, и мы даже сказали, что это может быть лучший iPhone, который когда-либо делал Apple. Следствием iPhone XR является новый iPhone 11, и тот факт, что Apple решила благословить эту модель названием «iPhone 11», а не называть его чем-то вроде iPhone 11R, многое говорит о том, где компания позиционирует телефон. Но может ли этот телефон нести бремя быть известным как iPhone 11? На самом деле, это может. Удовлетворительное повышение скорости, настройка двух камер и длительное время автономной работы делают iPhone 11 даже лучше, чем прошлогодний iPhone XR. И учитывая его относительно низкую цену, это, вероятно, лучший новый iPhone для большинства людей. Улучшения камеры Отличительной чертой iPhone 11 является его 12-мегапиксельная двойная камера. Похоже, что Apple решила, что с телефонами этого года они сделают камеру ударно намеренно привлекательной. Единственная камера iPhone XR едва заметна, а дизайн удвоенной камеры iPhone XS не заставит вас задуматься о том, как она выглядит. Но двойная камера iPhone 11 требует вашего внимания и кричит: «Улыбайся! Вы на камеру! iphone xr iphone 11 камеры IPhone XR (слева) имеет одну широкую камеру. IPhone 11 (справа) имеет широкие и сверхширокие камеры. У iPhone 11 есть широкая камера, такая же, как на iPhone XR, но вторая камера iPhone 11 - это сверхширокая камера с 2-кратным увеличением, позволяющая вам снимать больше в любой среде, в которой вы снимаете. Эти две камеры также есть на iPhone 11 Pro, который добавляет третью телеобъектив для увеличения. Сверхширокий - это отличное дополнение, обеспечивающее еще большую гибкость при съемке фотографий. К счастью, Apple позволяет легко переключаться между широким и ультра широким диапазоном. При создании кадра в приложении «Камера» в нижней части рамки изображения появляется кнопка 1x, что означает, что используется широкая камера. Нажмите эту кнопку, и телефон переключится на сверхширокую камеру, и кнопка 1x станет кнопкой 0,5x. Нажмите кнопку еще раз, чтобы переключиться обратно. Кроме того, когда вы находитесь в режиме 1-кратного обзора камеры, вы получите предварительный просмотр того, как будет выглядеть сверхширокий снимок 0,5x. телефон шириной 11 фресок Снято на камеру iPhone 11 1x шириной. Приложение для камеры iphone 11 с широким видоискателем При использовании широкоугольной камеры вы можете увидеть предварительный просмотр сверхширокого обзора, не переключаясь на сверхширокую камеру. телефон 11 росписи ультра широкий Полученное изображение с помощью ультраширокой камеры iPhone 11. С точки зрения фактического качества изображения, как широкие, так и ультраширокие дают великолепно выглядящие фотографии. Цвета точные, а камеры обеспечивают потрясающий уровень детализации и четкости изображения. Конечно, мы говорили то же самое о предыдущих iPhone, и это все еще верно в отношении iPhone 11. Но эксклюзивно для iPhone 11 (и 11 Pro) - это новый ночной режим, который полностью обновляет игру Apple для съемки при слабом освещении. Действительно, если вы ищете только одну причину, чтобы купить новый iPhone, это, вероятно, это. Ночной режим снимает изображения, снятые в темноте, и использует программную обработку для выявления деталей, которые в противном случае были бы потеряны. У нас есть подробности о том, как использовать ночной режим и как он работает, в отдельной статье. Улучшение при слабом освещении было доступно в телефонах Android, и, наконец, на iPhone, и оно работает очень хорошо. Наше родственное издание PCWorld даже обнаружило, что ночной режим Apple лучше, чем версия Android. Итог: это полезная функция, которая дает отличные результаты. iphone 11 ночной режим перед Снято без использования ночного режима. iphone 11 ночной режим после Снято с активным ночным режимом. Каково это снимать в ночном режиме.Единственная проблема, с которой я столкнулся с задней камерой iPhone 11, - это отсутствие оптического зума. Как и в случае с iPhone XR, iPhone 11 имеет только цифровой зум, вплоть до 5-кратного. В некоторых случаях, особенно когда вы проходите цифровое увеличение с увеличением 2х, вы получаете заметный шум изображения, что делает неприглядную фотографию. Так что, если вы мне нравитесь и часто пользуетесь зумом, вам нужно переосмыслить то, как вы используете его на iPhone 11. камера iphone 11 крупным планом У камеры iPhone 11 нет оптического зума, хотя он предлагает 5-кратный цифровой зум. Стоит отметить, что Apple наконец-то обновила фронтальную камеру TrueDepth, с 7-мегапиксельной камеры, которая снимает видео 1080p / 60fps, до 12-мегапиксельной камеры, которая снимает видеокамеру 4K / 60fps. А передняя камера может записывать замедленное видео, которое ранее было недоступно. Так что да. Давайте посмотрим, сможет ли Apple сделать «обман». Быстрый телефон становится еще быстрее В основе iPhone 11 лежит новый процессор A13 Bionic, преемник A12 Bionic, который есть в iPhone XR. A12 Bionic - впечатляющий чип, так что же делает A13 Bionic, чтобы продолжить его? При производительности процессора выигрыш скромный. В тестах Geekbench 5 iPhone 11 продемонстрировал 14-процентное увеличение производительности одноядерного процессора по сравнению с iPhone XR, в то время как производительность многоядерных процессоров подскочила на 18%. Geekbench 5 Iphone 11 XR Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. В тестах, которые подчеркивают графическую производительность iPhone, iPhone 11 продемонстрировал более впечатляющие результаты по сравнению с iPhone XR. В тесте 3DMark Sling Shot iPhone 11 был на 29 процентов быстрее в тестах Sling Shot Extreme и Sling Shot Extreme Unlimited. В тесте 3D Stark Ice Storm Unlimited iPhone 11 был на 20 процентов быстрее. 3dmark рогатка iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. 3dmark icestorm iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. Цифры показывают повышение производительности, но чувствует ли себя iPhone 11 быстрее, чем iPhone XR? Это наверняка так. При повседневном использовании iPhone 11 чувствует себя быстрее, приложения чувствуют, что они запускаются быстрее, а производительность графики в играх заметно снижается. Это даже верно при сравнении производительности с iPhone XS, который использует тот же процессор, что и iPhone XR. IPhone 11 имеет тот же процессор, что и iPhone 11 Pro, и результаты тестов в целом для этих телефонов соответствовали друг другу. Так что, по сути, за несколько сотен долларов вы можете получить такую ​​же производительность в iPhone 11, как и профессионалы. Если производительность является вашим главным соображением, это ценностное предложение, которое трудно игнорировать. Немного больше время автономной работы Apple утверждает, что батарея iPhone 11 емкостью 3046 мАч работает на один час дольше, чем батарея iPhone XR емкостью 2942 мАч, и вы можете получить до 17 часов воспроизведения видео, 10 часов потокового видео и 65 часов воспроизведения аудио. Примечательно, что Apple больше не предоставляет оценку того, что она назвала «время разговора (беспроводное)». Для iPhone XR это было 25 часов, и мы можем подсчитать, что вы можете получить до 26 часов на iPhone 11. Согласно Apple Например, более длительный срок службы батареи был достигнут за счет сочетания большей батареи и оптимизации программного и аппаратного обеспечения. Мы использовали тест Geekbench 4 Battery Life, чтобы измерить время автономной работы и сравнить его с другими iPhone. Результаты нашего теста показали, что iPhone 11 и iPhone XR имеют одинаковое время автономной работы. На самом деле, в нашем тестировании iPhone 11 продержался всего на несколько секунд дольше, чем iPhone XR. В нашем тесте Geekbench 4 Battery Life выполняются ресурсоемкие задачи (с выключенным затемнением экрана) до тех пор, пока батарея не разрядится, поэтому она не отражает реальное использование. Тем не менее, это эффективный способ последовательно тестировать разные телефоны. батарея iphone 11 xr Результаты раз в минутах. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить.Во время ежедневного использования мне никогда не приходилось заряжать iPhone 11 до конца моего дня. Я думаю, что я более требовательный пользователь, чем большинство, потому что я играю в Pokémon Go во время моих поездок на работу и обратно, а также на прогулку с собаками. В мой самый трудный день (в субботу, прогуливаясь по парку Золотых Ворот в Сан-Франциско, играя в PoGo, наблюдая за футбольным матчем моего сына и используя навигацию по Apple Maps), я закончил день, когда осталось 24% заряда батареи. Совсем неплохо. Одним из основных недостатков в отношении срока службы батареи является прилагаемое зарядное устройство. Apple по-прежнему имеет маленькое медленное 5-ваттное зарядное устройство со своей младшей моделью iPhone. За 29 долларов вы можете купить адаптер питания USB-C на 18 Вт от Apple - тот же, что входит в комплект поставки iPhone 11 Pro. Обидно, что Apple не включает это зарядное устройство в базовую модель. IPhone 11 также поддерживает беспроводную зарядку, но вам придется приобретать беспроводное зарядное устройство Qi отдельно. Дизайн: не связывайтесь с тем, что работает Apple не сильно изменилась, когда дело доходит до промышленного дизайна. IPhone 11 очень похож на iPhone XR, с анодированными алюминиевыми боковинами, выемкой дисплея и стеклянной задней панелью, доступной в черном, зеленом, фиолетовом, белом, желтом и (Product) Red. Тем не менее, цветовая гамма в этом году отличается: Apple решила использовать пастельные оттенки, более тонкие, чем яркие цвета XR. ободок iphone 11 Лицевая панель iPhone 11 (справа) толще, чем лицевая панель на OLED-телефонах, например iPhone 11 Pro Max (слева). IPhone 11 по-прежнему оснащен черными рамками, которые толще, чем у айфонов с OLED-дисплеями. И до тех пор, пока эта модель продолжает использовать ЖК-дисплей (более дешевая деталь, чем OLED в модели Pro), более толстые лицевые панели сохранятся, чтобы помочь остановить утечку света. Имейте в виду, я не нашел ободряющих рамок. На самом деле, я фактически не замечал их, пока они мне не указали. Наиболее заметным изменением дизайна между iPhone 11 и iPhone XR (помимо цветов и неровностей камеры) является размещение логотипа Apple, который теперь находится по центру, а не около камеры.

SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin