“Azərbaycan çox da geridə qala bilməz” – Komitə sədri

İQTİSADİYYAT 15 dek 2018, 13:58

“Azərbaycanda kriptovalyutaların tətbiqi ilə bağlı sistemli baxış hələ formalaşmayıb”.

Demokrat.Az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında bildirib.

O, blokçeyn və kriptovalyuta sahəsinin çoxlu suallar doğurduğunu deyib:

“Bu məsələlər çox diqqətli araşdırma tələb edir. Bir çox ölkələr kriptovalyutalarla bağlı qəti fikir bildirmirlər. Əminəm ki, gələcəkdə bu fikirlər açıqlanacaq. Bu sahədə tələm-tələsik qərarların qəbul edilməsinə ehtiyac yoxdur. Amma Azərbaycan çox da geridə qala bilməz, bu sahədə bir çox məsələlər ölçülüb-biçilməlidir”.

Qeyd edək ki, Z.Səmədazadə II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda (TISIFF 2018) iştirak edir. Gürcüstan parlamentinin Tbilisidəki binasında keçirilən toplantı 5 plenar və 4 paralel sessiyadan ibarətdir. Əsas müzakirə mövzuları innovativ maliyyələşdirmə alətləri, dayanqılı inkişaf məqsədləri üçün yeni alətlər olan kriptovalyutalar və blokçeyn texnologiyalarıdır.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top