Elçin Əlibəylinin verilişi bağlandı

ŞOU-BİZNES 09 dek 2018, 11:06

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

 

Demokrat.Az xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

 

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.


Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev Metbuat.az-a verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

 

Demokrat.Az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top