Şeyx Əbdülün səhhəti qəfildən pisləşdi

HADİSƏ 30 noy 2018, 14:03

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti qəfildən pisləşib.

 

Bu haqda Moderator.az-a xalq artisti özü məlumat verib. Bildirib ki, axşam saatlarında qəfildən halı dəyişib və hətta təcili tibbi yardım da çağırılıb

 

“Axşam saatlarında qəfildən halım dəyişdi. Təcili tibbi yardım çağırdıq. Bronxlarımda problem var, hava dəyişən kimi boğuluram. İndi sistem altındayam. Film çəkilişlərim də səhhətimə görə yarımçıq qalıb. Danışmağa heç halım yoxdur”.

 

Xatırladaq ki, xalq artisti səhhəti ilə bağlı bu yaxında İranda müayinədən keçib. Hələ də bronxlarındakı problemə görə müalicəsini davam etdirir. 

 

Allah şəfa versin!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top