Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı – Abel Məhərrəmov həbs olunur?

GÜNDƏM 18 noy 2018, 16:27

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

 

Demokrat.Az Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

 

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

 

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

 

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top