Abel Məhərrəmov YAP Siyasi Şurası və İdarə Heyəti üzvlüyündən çıxarılır? — Hakim partiyadan AÇIQLAMA

GÜNDƏM 16 noy 2018, 16:55

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad olunan akademik Abel Məhərrəmovun hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və İdarə Heyəti üzvlüyündən də çıxarılması gözlənilir. 


Demokrat.Az-ın mötəbər mənbədən əledə etdiyi məlumata görə, bu məsələ ilə bağlı yaxın vaxtlarda YAP-ın müvafiq iclası keçirilə bilər. 

 

Картинки по запросу Abel Məhərrəmov YAP


Məsələni dəqiqləşdirmək üçün YAP-ın mətbuat katibi Hüseyn Paşayevlə əlaqə saxladıq. 


O, bu barədə heç bir məlumata malik olmadığını söylədi:


"Bu barədə heç bir məlumatım yoxdur".


Zaur Hacılı
Demokrat.Az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top