Bakıya uçan təyyarədə bomba həyəcanı

HADİSƏ 26 sen 2018, 08:55

Novosibirsk-Bakı aviareysinin sərnişini stüardessaların onu biznes sinfinə keçirməkdən imtina etdikləri üçün təyyarəni parlatmaqla hədələyib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Sibir Federal dairəsi məlumat yayıb.

“Hadisə yerinə cəlb edilən polis əməkdaşları müəyyən ediblər ki, 51 yaşlı Krasnoyarsk sakini ekonom sinifdən biznes sinfə keçirilməsini tələb edib. Ekipaj üzvləri bu tələbi yerinə yetirməkdən imtina edib. Sərnişin isə cavabında təyyarəni partladacağı ilə hədələyib”, - məlumatda deyilir.

Sərnişinlər dərhal təxliyyə olunublar, təyyarədə isə axtarış aparılıb. Partlayıcı qurğu və maddə tapılmayıb, və təyyarə Bakıya istiqamətlənib.

Təyyarəni parlatmaqla hədələyən sərnişin saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top