ELDAR ƏZİZOV APARAT RƏHBƏRİNİ DƏYİŞDİRDİ

HADİSƏ 20 sen 2018, 15:19

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib: 

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub: 

Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

“AzPolitika.info”  qeyd edir ki, politoloq Azər Rəşidoğlunun yazdığına görə isə, R.Quliyevi işdən çıxarılmasını ciddi narazıqla qarşılayııb: 
“Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Hələlik Quliyevin bu təklifə razılıq verib-vermədiyi bəlli deyil”.
 
Ancaq R.Quliyevin açıqlamasında belə məlum olur ki, o, təklifi qəbul edib.
 
Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Bir müddət jurnalist kimi fəaliyyət göstərib. Elə vəzifəyə təyinatında da jurnalistlik fəaliyyəti zamanı əldə  etdiyi məlumatların, çəkdiyi şəkillərin böyük rol oynadığına dair iddialar var.  
 
Xatırladaq ki, o, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top