SON DƏQİQƏ: Elmar Məmmədyarovun 95 yaşlı atasının səhhəti pisləşdi

HADİSƏ 08 iyl 2020, 13:34

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası, 95 yaşlı akademik Məhərrəm Məmmədyarovun səhhəti pisləşib. 


Bu barədə Demokrat.az-a Məhərrəm Məmmədyarov özü məlumat verib. 


Demokrat.az-ın əməkdaşının telefonla sualına cavab verməkdən imtina edən Məhərrəm Məmmədyarov hazırda səhhətinin pis olduğunu və evə həkim çağırıldığını bildirib:


"Hazırda səhhətim yaxşı deyil, xəstəyəm. Səbəbi bilinmir, həkim çağrılıb, indi gəlib yoxlayacaq. Sağ olun, xəstə olduğum üçün müsahibə vermək əhvalında deyiləm".


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top