Ekspert "Azərişıq ASC - nin "Azərenerji"yə birləşməsini mümkünsüz hesab edir - SƏBƏB...

SOSİAL 05 sen 2018, 15:29

"Elektrik enerjisini hasil edən, nəql edən və onu paylaşdıran özü də bölünməlidir ki, burda rəqabət yaransın, bizdə isə..."


Xəbər verdiyimiz kimi, dünən ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifəsində azad edildi. Prezidentin digər sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti  Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti  təyin edildi. Ölkə başçısının bu sərəncamından sonra cəmiyyətdə “Azərişığın” ləğv edilib, regional idarələr vasitəsilə “Azərnerji”yə birləşdirilməsi ilə bağlı ehtimallar dolaşır.

 

Enerji məsələləri üzrə ekspert İlham Şaban Moderator.az-a açıqlamasında bu kimi fikirlərin yanlış olduğunu bildirdi:

 

“Bunlar tamamilə yersiz bir fikirdir. Sadəcə olaraq insanlarda göydən götürülmə fikirlər var. Məsələn, hardansa ağıllarına gəlir ki, benzinin qiyməti qalxacaq. Bir şəxs bir nazirlikdən götürülüb digər nazirliyə təyin edilə bilər. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərov kimi. İndi də insalarda belə fikir formalaşır ki, Balababa müəllim nüfuzu böyükdür, 2006-cı ildən paylayıcı şəbəkələrə rəhbərlik edib və indi də o, “Azərenerji”yə rəhbər təyin edilibsə, onda əvvəl işlədiyi qurum da ona birləşdirilə bilər. Ancaq belə deyil. Elə bir şeylər var ki, avtobildəki kimi hansısa qurğunu digərinə calamaq mümkün deyil”. 


Ekspert Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın səbəblərindən də danışıb:

 
“Dövlət başçısı iki ay öncə qeyd etdi ki, elektrik enerjisi sektoruna bu qədər yatırımlar edilib, stansiyalar tikilib və bəs niyə görə bir dənə elektrik stansiyasında baş verən nasazlıq ölkənin bütün enerji sistemini çökdürdü. Sistem ona görə çökdü ki, onun işi düzgün qurulmamışdı. Sistemin işinin düzgün qurulması üçün üç yerə bölünməlidir: Elektrik enerjisini hasil edən, onu nəql edən və onu paylaşdıran. Paylaşdıran özü də bölünməlidir ki, burda rəqabət yaransın. Bizdə isə hər şey təmərküzləşib və bu isə rəqabəti aradan götürür. Rəqabət aradan götürüləndə isə keyfiyyət aşağı düşür. Ona görə də insanlarda mütəmadi olaraq inamsızlıq və həmin qurumla istehlakçı arasında daim münaqişə yaranır. İndi bizdə istehsalçı və paylayıcı var, üçüncü qurum isə yoxdur, o istehsalçının əlindədir. Ona görə də bizdə ən böyük problem nəqletmədədir, yəni onun paylanması, bölünməsi elə təşkil edilməldir ki, bir sistemdə hansısa hadisə baş verəndə, yanında olan generasiya mənbələrindən qida alsın. Bizdə isə o sistem işə düşmədi”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top