Məhərrəm ayı bu tarixdə başlayacaq

SOSİAL 27 may 2020, 13:39

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.


Demokrat.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.


Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.


Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.


Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.


QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.(parla.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top