Bakı-Şamaxı yolunda dəhşətli qəza — 5 nəfər öldü

HADİSƏ 26 may 2020, 09:56

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.


Xəsarət alanlar 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top