Prezident cəzaların sərtləşdirilməsini tələb etdi: "Elə bil məktəb uşaqlarıdır" — VİDEO

GÜNDƏM 07 may 2020, 19:52

"Açın istənilən kanalı, baxın. Dünən mən baxmışam. Durublar bankın qabağında, bir-birinin yanında. Maska yoxdur. Soruşur müxbirlər nə üçün? Elə bil ki uşaqdırlar, məktəb uşaqlarıdır. Min cür bəhanə gətirirlər. Ay yadımdan çıxdı, ay havada maska lazım deyil, ay cibimdədi. Belə şeyə biz dözə bilmərik".

 

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxış edərkən deyib.


Dövlət başçısı bildirib ki, bu, zarafat deyil: 


"Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aiddiyyətli orqanlara müraciət edərək deyirəm ki, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan məsuliyyətsiz adama görə biz imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin". (baku.ws)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top