Azərbaycanda Formula-1 sentyabrın 6-da keçiriləcək — AÇIQLANDI

İDMAN 28 apr 2020, 15:20

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.


Demokrat.az xəbər verir ki, yarış 17 mərhələdən ibarət olacaq.


Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.


İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.


“Bild”in açıqladığı təqvim


1-2. Avstriya – 5 və 12 iyul 


3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust


5-6. Macarıstan – 16 və 23 avqust


7. Azərbaycan – 6 sentyabr


8. Sinqapur – 20 sentyabr


9. Rusiya – 27 sentyabr


10. Çin – 4 oktyabr


11. Yaponiya – 11 oktyabr


12. ABŞ – 25 oktyabr


13. Meksika – 1 noyabr


14. Braziliya – 8 noyabr


15. Vyetnam – 22 noyabr


16. Bəhreyn – 6 dekabr


17. BƏƏ – 13 dekabr (apasport.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top