"Azərbaycanda testlərin sayı azdır, cavabı da gec bəlli olur"

SOSİAL 22 mar 2020, 17:12

“Martın 20-nə olan məlumata görə, Nyu York şəhərində 1 gündə 45 437 nəfər testdən keçib. Hazırda ABŞ-da aparılan testlərin cavabı 45 dəqiqəyə məlum olur. Azərbaycanda testlərin cavabı 6 saat ərzində hazır olur. Göründüyü kimi Azərbaycanda testlərin sayı azdır, cavabı da gec bəlli olur”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
 

“Azərbaycanda testlər əsasən karantində olan şübhəli şəxslər üzərində aparılır. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar. Hesab edirəm ki, Azərbaycana da ekspress testlər gətirilməli və daha çox adam bu testdən keçirilməlidir. Eyni zamanda karantinin təşkili qaydalarında da dəyişiklik olmalıdır. Ev şəraitində karantinin tətbiqi imkanları da nəzərdən keçirilməlidir. Çünki hazırkı yanaşma mövcud resurslardan səmərəli istifadə üzərində qurulmur – Q.İbadoğlu qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top