Baş epidemioloq koronavirusa yoluxmamağın yollarını izah etdi — VİDEO

SOSİAL 18 mar 2020, 23:50

Evdə xəstələrə qulluqedənlər maskalardan istifadə edilməli, otağın havası 1-2 saatdan bir dəyişdirilməlidir. Respublikanın Baş Epidemioloqu İbadulla Ağayev deyir ki, evdə oturmaq virusa yoluxmaq riskini azaltsa da tamamilə aradan qaldırmır. Ona görə ev şəraitində olanlar da mütləq şəkildə bəzi qaydalara əməl etməlidir


Əllər tez -tez yuyulmalı,istifadə edilən məişət əşyaları dezinfeksiya edilməli,ailə üzvlərı arasında yaxın təmasdan cəkinilməlidir.


Bunlar vətəndaşların evdə şəraitində əməl etməli olduqları tələblərdir...Respublikanın baş epidemioloqu İbadulla Ağayev deyir ki,evdə oturmaq virusa yoluxmaq riskini azaltsa da tamamilə aradan qaldırmır.Ona görə ev şəraitində olanlar da mütləq şəkildə bəzi qaydalara əməl etməlidirlər.


Özünüz xəstə olmasanız belə ,evdə qulluq etdiyiniz xəstə varsa ailə üzvlərinizin və sizin təhlükəsizliyiniz birbaşagigiyenik tələblərə əməl etməyizindən asılıdır.


Baş epidemioloq koronovirusla mübarizədən maksimum az zərərlə çıxmaq üçün tələb olunan bütün qaydalara qeyd-şərtsiz əməl olunmalı olduğunu bildirir. (xezerxeber.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top