"Türk əsgəri o nöqtədə olmamalı idi" — Rusiya iddiaları qəbul etmir

GÜNDƏM 28 fev 2020, 14:04

Rusiya İdlibdə 33 türk əsgərinin şəhid edilməsinə reaksiya verib.


Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Moskva türk hərbçilərinin şəhid edildiyi anda Rusiya Hərbi Qüvvələrinin bölgədə əməliyyat aparmadığını, türk əsgərinin Əsəd rejimi tərəfindən vurulduğunu bildirib.


Rusiya həmçinin türk hərbçilərinin yaralandığı xəbərini alandan sonra Suriya tərəfinə atəşkəs elan etməsi üçün addım atdığını da qeyd edib.


Rusiya Müdafiə Nazirliyi isə Türkiyənin əsgərlərinin Suriyada olduğu mövqe ilə bağlı məlumat vermədiyini iddia edərək, türk əsgərinin o nöqtədə olmamalı olduğunu da vurğulayıb.(Baku Post)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top