DİN-dən polisin qətli ilə bağlı AÇIQLAMA

SOSİAL 25 fev 2020, 14:53

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən Demokart.az-a verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

 

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

 

 

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov Nəsimi Rayon Polisi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top