İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?

GÜNDƏM 20 fev 2020, 17:39

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.


Demokrat.az-ın məlumatına görə, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.


MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb.


MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.


Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top