Türkiyədə klubun avtobusu qəzaya düşdü — 13 nəfər xəsarət aldı

İDMAN 09 fev 2020, 18:45

Türkiyənin əlil basketbolçulardan ibarət "Malatya Böyükşəhər Bələdiyyəspor" komandası qəzaya uğrayıb.


Demokrat.az apasport.az-a istinadən bildirir ki, hadisə Diyarbakır-Mardin yolunda baş verib.


III liqanın C qrupunda yer alan komandanı "Mardin Qızıltəpə" ilə görüş üçün səfərə aparan avtobus güclü qar yağması səbəbindən yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü, 10 idmançı, baş məşqçi və bir klub nümayəndəsi xəsarət alıb. Yaralılar avtobusdan çıxarılaraq yaxın ərazidəki xəstəxanaya aparılıblar.


Qeyd edək ki, "Mardin Qızıltəpə" - "Malatya Böyükşəhər Bələdiyyəspor" matçı bu gün keçirilməli idi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top