"Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin böyük hissəsində demarkasiya işləri aparılıb" — Xələf Xələfov

SİYASƏT 03 fev 2020, 19:07

Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin böyük hissəsində demarkasiya işləri aparılıb.


Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.


Nazir müavini qeyd edib ki, Rusiya ilə sərhədlərin demarkasiya prosesi uğurla aparılır. Razılaşma və müzakirələr, proseslər qrafikə uyğun davam etdirilir.


Xələf Xələfov bildirib ki, bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur. Azərbaycan ilə Rusiyanın sərhədlərinin demarkasiyasının uğurla başa çatdırılması üçün hər hansı maneə yoxdur. İki ölkə arasında dövlət sərhədinin demarkasiya prosesinin yaxın 2-3 ildə tam başa çatdırılması gözlənilir.


Xatırladaq ki, Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiya prosesi 2010-cu ildən başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top