Tofiq Qasımov vəfat etdi

HADİSƏ 29 yan 2020, 10:55

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

 

Demokrat.az xəbər verir ki, bu barədə siyasətçi Tofiq Yaqublu özünün feysbuk hesabında məlumat verib:

 

"Milli azadlıq hərəkatının liderlərindən biri, Elçibəy hökumətinin xarici işlər naziri Tofiq Qasım mühacirətdə vəfat edib. Çox dəyərli insanı itirdik. Xatirəsinə sayğılar".

 

Qeyd edək ki, Tofiq Qasımov müstəqil Azərbaycanın ikinci xarici işlər naziri naziri olub. O, bu vəzifəni 1992-ci ilin 4 iyulundan 1993-cü ilin 26 iyununa qədər icra edib.

 

Xatırladaq ki, 81 yaşlı keçmiş nazir İsveçrədə mühacir həyatı yaşayırdı.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top